İDMAN


“Milan Expo 2015” Ümumdünya sərgisində futbol üzrə Avropa çempionatının kuboku təqdim edilib

Oktyabrın 2-də Azərbaycanın “Milan Expo 2015” Ümumdünya sərgisində iştirakı çərçivəsində “SOCAR günü” keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti, ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov, nüfuzlu enerji şirkətlərinin rəhbərləri, iş adamları və jurnalistlər iştirak ediblər.