DÜNYA


ABŞ polisi qadını uşaqlarının gözləri önündə döydü

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə 2013-cü il iyulun 31-də baş versə də video internetdə indi yayılıb. Kaliforniya ştatının sakini Sindi Xan təhlükəsizlik kəmərini bağlamadığı üçün polislər tərəfindən şiddətə məruz qalıb. Onun avtomobilindən düşürdülərək azyaşlı uşaqlarının gözləri önündə döyüldüyü bildirilir. Məlumatda o da qeyd edilir ki, zərərçəkən polislərin hərəkəti ilə bağlı məhkəməyə şikayət edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır