DÜNYA


Həkimlər uşağın bədənindən qopmuş başını yerinə tikdilər

AZƏRTAC xəbər verir ki, hadisə Avstraliyada baş verib. Avtomobil qəzasında başı bədənindən ayrılmış yaş yarımlıq Cekson Teylorun əməliyyatını “dünya onurğa cərrahiyyəsinin xaç atası" adlandırlan Ceff Askin həyata keçirib. Məşhur cərrah əvvəlcə uşağın iflic qala biləcək ehtimalını desə də, əməliyyat uğurla keçib. Cekson Teylorun başı xüsusi metal qurğu ilə bədəninə bərkidilib. Metal qurğunun 2 aydan sonar açılacağı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır