SİYASƏT


Hanoyda Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti təsis edilib

Vyetnamın paytaxtı Hanoyda Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin təsis konfransı keçirilib. Tədbirdə Vyetnam parlamentinin sədr müavini Uonq Çu Lu, Kommunist Partiyasının, Xarici İşlər Nazirliyinin, digər dövlət və hökumət qurumlarının rəsmiləri, Azərbaycanın ali təhsil ocaqlarının vyetnamlı məzunları iştirak ediblər.