MƏDƏNİYYƏT


Biz də hamı kimiyik
Qarabağ qazisi İlham Məhərrəmovla söhbət

İyirmi ildən çoxdur əlil arabasına məhkum olan Qarabağ qazisi bu gün cəmiyyətin ən fəal üzvlərindən biridir. O, iki ilə yaxındır həmkarı Amid Həsənquliyevlə birlikdə “Arabaçı TV” internet kanalını yaradaraq fiziki məhdud insanların problemlərini cəmiyyətə çatdırır.