DÜNYA


Dünya şəhərləri: Avropanın ən sakit, maraqlı, qonaqpərvər və bahalı şəhəri Cenevrə

Cenevrə İsveçrənin Fransa sərhədindəki Leman gölü sahilində olan şəhərdir. BMT (Birləşmiş Millətlər Təşkilatı), ILO (Beynəlxalq Əmək Təşkilatı), Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi bir çox beynəlxalq qurumların mərkəzi ilə tam 199 ölkənin nümayəndəliyinə ev sahibliyi edən Cenevrədə çalışanların yüzdə əllisi, əcnəbilərdən ibarətdir. İsveçrənin ən yüksək əhalili ikinci şəhəridir. Əhalisi 185.726 nəfərdir. Cenevrə dünyanın ən bahalı 10 şəhərindən biridir.