MƏDƏNİYYƏT


Mərkəzi Nəbatat Bağında bir payız günü

Badamdar qəsəbəsində yerləşən Elmlər Akademiyasının Mərkəzi Nəbatat (Botanika) bağı şəhər sakinlərinin mədəni istirahət guşəsinə çevrilib. Burada respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə Azərbaycanda və xarici ölkələrdə bitən bəzək, dərman, efir yağlı və digər faydalı bitkilərin iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin çoxaldılması və mühafizəsi üzərində geniş elmi-tədqiqat işləri aparılır.