CƏMİYYƏT


AZAL Bakı-Moskva-Bakı marşrutu üzrə aşağı büdcəli reyslə uçuşlara başlayıb

“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Moskva-Bakı aşağı büdcəli reysi (“lou-kost”) üzrə ilk uçuşunu oktyabrın 25-də həyata keçirib. Bu gündən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həftənin bütün günləri təşkil ediləcək. “Airbus A320” təyyarəsi ilə həyata keçiriləcək reyslərə biletlərin bronlaşdırılması və satışına sentyabrın sonlarından başlanılıb.