DÜNYA


Hindistanlı nazir ondan 1 rupi istəyən uşağı təpiklə vurdu

Hindistanın heyvandarlıq naziri Kusum Mahdele insanlığa yaraşmayan hərəkət edib. Bölgəyə səfər zamanı köməyə ehtiyacı olan bir uşaq dövlət rəsmisinin qarşısında diz çökərək ondan 1 rupi pul istəyib. Nazir isə uşağa kömək etmək əvəzinə onu təpiklə vurub. Daha sonra mühafizəçilər də uşağı təpiklə vururlar. Nazirin və mühafizəçilərin bu hərəkəti dünyada böyük səs-küyə səbəb olub.