CƏMİYYƏT


Cəlilabadda yük avtomobili dərəyə aşıb

Hadisə bu gün günorta saatlarından rayonun Cəlayar kəndində baş verib. Rayon sakini 25 yaşlı Asim Məmmədov idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə hərəkət zamanı idarəetməni itirib. İlkin ehtimala görə hadisəyə səbəb yük maşınında yaranan nasazlq olub. Çınqılla dolu maşın 10 metr məsafədən aşağı yuvarlanıb. Sürücü ağır bədən xəsarətlərilə Cəlilabad rayonun Mərkəzi Xəstəxanasına çatdırılıb və hazırda vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.