MƏDƏNİYYƏT


Sevil Əliyeva “Ümidin 12 ayı” adlı lirik parçanı təqdim edib

Ümummilli lider Heydər Əliyevin qızı Sevil Əliyeva valideynlərinə həsr etdiyi albomdan "Ümidin 12 ayı” adlı lirik parçanı təqdim edib. Sevil Əliyevanın şəxsi “YouTube” səhifəsində paylaşdığı videoçarxda ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən kadrlar yer alıb. Qeyd edək ki, təqdim olunan lirik parça müəllifin “The Gallery of Seville” musiqi albomundandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır