MƏDƏNİYYƏT


Xalq yazıçısı Elçinin “Şekspir” pyesi Nyu-Yorkda nümayiş olunub

Nyu-Yorkun dünya şöhrətli “Brodvey” teatr məhəlləsində yerləşən Mint teatrında məşhur Azərbaycan yazıçısı Elçinin “Şekspir” pyesinin motivləri əsasında hazırlanmış “Şekspir kosmosda” adlı ekssentrik komediya nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru “The Complete Theatre Company” teatr truppasının bədii rəhbəri Enni Uarddır.