SLAYDŞOU


İsmayıllının payızı AZƏRTAC-ın foto obyektivində

İsmayıllı ilin bütün fəsillərində gözəl olur. Payız isə bambaşqadır: qızılı rəngli meşələr, sakit axan çaylar, zirvəsi qarlı dağlar... Payızın gözəlliyi turistlərin sevimli məkanı olan Lahıcda daha qabarıq gözə çarpır. İsmayıllı şəhərindən 36 kilometr məsafədə yerləşən Lahıc meşələri, qədim görünüşü, uca zirvələri, tarixi abidələri və tikililəri, sənətkarlıq nümunələri ilə məşhurdur. Dağlar qoynunda yer alan bu qəsəbə Azərbaycanın ən məşhur sənət mərkəzlərindən biridir.