İDMAN


“Xəzər-Lənkəran” futbol klubu xeyriyyə yarmarkasında iştirak edəcək

Dekabrın 1-dən 31-dək Bakının mərkəzində, Fəvvarələr Meydanında ənənəvi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu il “Xəzər-Lənkəran” futbol klubu da yarmarkada iştirak edəcək. Bir ay ərzində “Xəzər-Lənkəran”a məxsus satış nöqtəsində komandanın azarkeşləri klubun fan-şopunun rəsmi məhsullarını endirimli qiymətlərlə əldə edə biləcəklər. Həmçinin azarkeşlər qeyd olunan müddətdə yarmarkanı ziyarət edəcək komanda üzvləri ilə görüşmək imkanı da qazanacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır