CƏMİYYƏT


Biz də hamı kimiyik
“İstedadlı Əlillər" İctimai Birliyinin sədri Cavad Qasımovla söhbət

Cavad Qasımov 23 ildən artıqdır əlil arabasındadır. Yaşadığı çətin günləri arxada qoyan Cavad Qasımov əlillərlə daha sıx ünsiyyətdə olur və bu da onun 2013-cü ildə qardaşı Qubad Qasımovla birlikdə “İstedadlı Əlillər" İctimai Birliyi yaratmasına qədər gəlib çıxır.