DÜNYA


Paris COP21: nümayişçilərlə polis arasında qarşıdurma olub

Noyabrın 29-da Parisdə COP21- iqlim dəyişikliyi üzrə konfransla bağlı təşkil olunmuş dinc nümayiş zamanı bir qrup maskalı şəxs Respublika meydanına daxil olaraq “Fövqəladə vəziyyət, polis! Bizim nümayiş etmək hüququmuzu poza bilməzlər” deyə qışqırmağa və polisə daş, şüşə butulkalar atmağa başlayıblar. Bununla da aksiya iştirakçıları dinc nümayiş qaydalarını pozaraq polislə qarşıdurma yaradıblar.