MƏDƏNİYYƏT


Gənclər Fondundan metroda maraqlı fləşmob

20 nəfərə qədər musiqiçi Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Bakı Metropolitenində maraqlı aksiya həyata keçiriblər. Onlar metro qatarlarının birində Üzeyir Hacıbəyovun bəstələdiyi "Arazbarı" əsərini ifa ediblər. Bu maraqlı fləşmob Üzeyir Hacıbəyovun 130 illiyinə həsr olunub.