DÜNYA


Alim pələngin keçini nə vaxt yeyəcəyini açıqlayıb

Rusiyada safari parkda pələnglə keçinin dostluğu hələ davam edir. Lakin alimlər keçinin pələng tərəfindən nə vaxt yeyiləcəyini açıqlayıblar. Alim Sergey Aramilev bildirib ki, keçi özünü qurban kimi hiss etdiyi anda pələng onu parçalayacaq. Onun sözlərinə görə, hələ ki keçi özünü cəsarətli aparır və pələng onun qorxduğunu hiss etmir. Pələng bu qorxunu duyan kimi keçini yeyəcək. Qeyd edək ki, keçi pələngə yemək üçün verilmişdi. İlk gündən keçi özünü cəsarətli apararaq hətta pələngin yerində yatıb, onu sıxışdırıb. Belə vəziyyət artıq 2 həftədən çoxdur davam edir.
Video: Safaripark25.TV
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır