İDMAN


Bakıda Budo Döyüş Növləri üzrə beynəlxalq turnir keçiriləcək

Dekabrın 29-30-da Bakıda Hövsan Olimpiya İdman Kompleksində Budo Döyüş Növləri üzrə beynəlxalq turnir və Kubok yarışları keçiriləcək. Bu barədə Azərbaycan Budo Döyüş Növləri Federasiyasının vitse-prezidenti, Dünya Budo Döyüş Növləri Federasiyasının birinci vitse-prezidenti Faiq Rəfiyev AZƏRTAC-a müsahibəsində ətraflı məlumat verib.