MƏDƏNİYYƏT


İşıq və kölgə ilə yaradılan bənzərsiz rəsmlər - Rəşad Ələkbərovla müsahibə

Bütün dünyada Rəşad Ələkbərov kimi işıq və kölgə vasitəsilə sənət əsəri yaradan cəmi beş nəfər məşhur rəssam var desək yanılmarıq. İlk dəfə rəngli kölgə işi də məhz Rəşad Ələkbərova məxsusdur. Rəssamın əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunaraq şəxsi kolleksiyalarda saxlanılır. Rəşad Ələkbərov yaxın zamanlarda əsərlərindən ibarət yeni sərgi açmağı da planlaşdırır.