SİYASƏT


Qanlı Yanvar hadisələri ilə əlaqədar Vaşinqtonda anım mərasimi keçirilib

Ölkəmizin ABŞ-dakı səfirliyi Qanlı Yanvar hadisələrinin 26-cı ildönümü ilə əlaqədar Vaşinqtonda anım mərasimi təşkil edib. Paytaxt Vaşinqton və ətraf bölgələrdə yaşayan soydaşlarımızın, eləcə də yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən mərasimdə 1990-cı ilin yanvar günlərində Bakı və ölkəmizin müxtəlif bölgələrində Azərbaycanın azadlıq və müstəqilliyi naminə aparılan mübarizə barədə məlumat verilib, əliyalın insanların gülləboran edildiyi bildirilib.