RƏSMİ


Azərbaycan Prezidenti İlham Əliyevin və İsrailin Baş naziri Benyamin Netanyahunun görüşü olub

Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub. Görüşdə Azərbaycan ilə İsrail arasında münasibətlərin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.