İDMAN


Gənc basketbolçular üçün ustad dərsləri keçirildi

Yanvarın 22-də “Olimpiya Hərəkatı” proqramı çərçivəsində finala vəsiqə qazanan məktəb komandalarının basketbol 3x3 üzrə təlim-məşqi keçirilib. AZƏRTAC xəbər verir ki, Yasamal rayonundakı 18 nömrəli məktəbdə keçirilən tədbir Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi tərəfindən təşkil olunub.