DÜNYA


İtaliyada keçirilən “Portağal savaşı” festivalında 70 nəfər yaralanıb

İtaliyanın İvrea şəhərində ənənəvi olaraq keçirilən “Portağal savaşı” festivalı bu il də maraqlı məqamlarla yadda qalıb. Yeddi min nəfərdən çox insanın qatıldığı festivalda izdiham səbəbilə 70 nəfər yaralanıb. Festivalda portağal savaşına çıxanları 16 min nəfər izləyib. Tədbirdə 270 min kiloqram portağaldan istifadə olunub.