MƏDƏNİYYƏT


Azərbaycanlı uşaq Rusiyanı heyran etdi

Rusiyanın "Birinci kanal"ında yayımlanan "Uşaq səsi" verilişində Rusiyada yaşayan Azər Nəsibov adlı həmyerlimiz hər kəsi səsi ilə heyran edib. O, "Scorpions" qrupunun "Maybe İ Maybe You" mahnısını ifa edib. Münsiflərin "Azərbaycan dilində də mahnı ifa edə bilirsənmi?" sualına Azər Nəsibov Müslüm Maqomayevin "Azərbaycan" mahnısını ifa etməklə cavab verib. Onun bu ifası da zalda alqışlarla qarşılanıb.