MƏDƏNİYYƏT


Bu gün Yel çərşənbəsidir

Hər il Novruz bayramı ərəfəsində xalqımız - Su, Od, Yel və Torpaq çərşənbələrini qeyd edir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə oyanan yel suyu, odu hərəkətə gətirir.