SİYASƏT


Azərbaycan, Rusiya və İranın sərhəd xidmətlərinin rəhbərləri Xəzərdə təhlükəsizlik məsələlərini müzakirə ediblər

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini - Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.