MƏDƏNİYYƏT


İstanbul tətili

İstanbul təkcə gözəl məscidləri və möhtəşəm sarayları ilə deyil, həm də tarixi yerləri ilə zəngindir. O, həmçinin ailəvi istirahət üçün əlverişli fürsətlər təqdim edir. İlin hər bir fəslində çoxsaylı parklar, əyləncə kompleksləri, zooparklar və digər maraqlı obyektlər qonaqları qəbul etməyə hazırdır. Zamanını faydalı keçirib, bizi əhatə edən ətraf dünya haqqında çoxlu yeniliklər öyrənmək üçün akvarium və tematik “Yur dövrü parkı”-nı -- Jurassic Land ziyarət etməyə dəyər.