SİYASƏT


Milli Məclisdə Azərbaycan-ATƏT əlaqələri müzakirə edilib

Azərbaycan-ATƏT əlaqələri biristiqamətli deyil. Azərbaycan bütün istiqamətlərdə, iqtisadi, təhlükəsizlik, insan ölçüsünə dair sahələrdə bu təşkilat ilə əməkdaşlığa hazırdır. Ölkəmiz indiyədək bu istiqamətlərdə ATƏT-ə ciddi töhfələr verib. AZƏRTAC xəbər verir ki, bu fikirlər martın 17-də Milli Məclis sədrinin müavini Bahar Muradovanın ATƏT-in Almaniya sədrliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Bexler ilə görüşündə səslənib.