MƏDƏNİYYƏT


Əşrəf Heybət yeni əsərini Novruz bayramına həsr edib

Əməkdar Rəssam Əşrəf Heybət Novruz bayramına əsər həsr edib. 2 ilə ərsəyə gələn pannoda rəssam Novruz bayramının simvolları, adət-ənənələri, müxtəlif ayin və mərasimləri, Zərdüşt, Dədə Qorqud, mifoloji və etnoqrafik mahiyyətini əks etdirib. Rəssam, həmçinin Novruza aid hazır və eskiz halında olan əl işlərini də təqdim edib.