CƏMİYYƏT


Sabah Bakıda işıqlar bir saatlıq söndürüləcək

Sabah Bakıda “Yer saatı” (“Earth Hour 2016”) keçiriləcək. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin, “Green Baku” Ekoloji Gənclər Birliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilati dəstəyi ilə keçirilən beynəlxalq kampaniya çərçivəsində martın 19-da saat 20:30-21:30 arası bir sıra obyektlərin fasad və həyati zərurəti olmayan işıqları söndürüləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır