MƏDƏNİYYƏT


Novruz - Yeni il, yeni gün

Hər birimizin səbirsizliklə gözlədiyi Novruz... Bu bayramı uşaqlıq illərindən sevirik. O vaxtlar onun heç niyə qeyd edildiyinin fərqinə də çox varmazdıq. Sadəcə bilirdik ki, bu bayramda dostlarla tonqal ətrafında bir yerə toplaşacaq, məhlə-məhlə gəzib bayramlaşacaq və ən maraqlısı isə papaq atacağıq.