DÜNYA


Brussel hava limanında iki partlayış: ölən və yaralananlar var

Martın 22-də Brüsseldə hava limanında iki partlayış baş verib. AZƏRTAC xəbər verir ki, Belçika hökuməti partlayışlar nəticəsində zərər çəkənlərin olduğunu təsdiq etsə də, onların sayını açıqlamayıb. Partlayışların hansı səbəbdən baş verdiyi bilinmir. Hazırda hava limanında təxliyə tədbirləri görülür və bütün uçuşlar dayandırılıb. Aeroporta xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub.