DÜNYA


Türkiyə Prezidentinin korteji Vaşinqtonda tıxaca düşüb

Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda tıxaca düşüb. AZƏRTAC "haberler.com" saytına istinadən xəbər verir ki, ABŞ polislərinin səhvi nəticəsində Türkiyə Prezidentinin gəldiyi yolda avtomobillərin gedişi tənzimlənməyib və böyük tıxac əmələ gəlib. Nəticədə Rəcəb Tayyib Ərdoğan öz avtomobilində tıxacda qalıb.