CƏMİYYƏT


AZƏRTAC və Qərb Universiteti nəzdində məktəb Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş müsabiqəyə yekun vurublar

Aprelin 22-də bütün dünyada Beynəlxalq Yer Kürəsi Günü qeyd olunur. Bu günü planetimizdə həyat üçün zəruri olan təmiz su, torpaq və hava bayramı da adlandırmaq olar. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də bu bayramdan kənarda qalmayıb. O, Qərb Universiteti nəzdində tam orta məktəb ilə birlikdə Beynəlxalq Yer Kürəsi Gününə həsr olunmuş müsabiqə təşkil edib.