SİYASƏT


Amsterdamda erməni yalanlarına qarşı aksiya keçirilib

Niderlandın paytaxtı Amsterdamda soydaşlarımız "Erməni yalanına son" adlı etiraz aksiyası keçiriblər. Məqsəd qondarma “erməni soyqırımı”na qarşı əsl həqiqətləri Niderland ictimaiyyətinə çatdırmaq olub. Aksiyada Azərbaycanın 20 faiz torpaqlarının erməni ordusu tərəfindən işğal olunduğu, bir milyon insanın yurdlarından didərgin düşdüyü qeyd olunub. Aksiya Amsterdam şəhərinin mərkəzi meydanlardan biri olan Museumplein meydanında baş tutub. Gənclər şəhər sakinlərinə Xocalı soyqırımına aid minə yaxın buklet paylayıblar, Azərbaycan, Xocalı soyqırımı haqqında məlumat veriblər.
Video: Emiel Aliyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır