SİYASƏT


Ermənilərin atəşkəsi pozması nəticəsində ATV-nin əməkdaşı yaralanıb

Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi atəşə tutulub. Bu zaman ərazidə çəkiliş aparan ATV-nin Qarabağ bürosunun əməkdaşlarının yanına düşmənin atdığı mərmi düşüb. Mərminin qopardığı qaya parçası operator Vicay Vəliyevin ayağını yaralayıb. Büronun avtomobilini isə çətinliklə olsa da atəş altından çıxarmaq mümkün olub.