MƏDƏNİYYƏT


“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi olub

Mayın 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvləri, həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak ediblər.