CƏMİYYƏT


77 ölkədən 1760 iştirakçının qatıldığı sərgidə məktəblilərimiz dördüncü oldu – ABŞ-da

Azərbaycanlı məktəblilər ABŞ-ın Arizona ştatının Finiks şəhərində “InteI ISEF” – Intel Beynəlxalq Elm və Mühəndislik sərgisində tarixi uğura imza atıblar. “Sabahın alimləri” V Respublika Müsabiqəsinin qalibləri, XI sinif şagirdləri Arzu Məmmədova və Nərmin Aydarovanın layihəsi sərgidə IV yerə layiq görülüb.