DÜNYA


İndoneziyada Sinabunq vulkanı yenə püskürdü, geriyə bu görüntülər qaldı

Mayın 21-də İndoneziyanın qərbində yerləşən Şimali Sumatra əyalətindəki Sinabunq vulkanının püskürməsi nəticəsində həlak olanların sayı altı nəfərə çatıb. Bu barədə mayın 22-də Təbii Fəalkətlərlə Mübarizə İdarəsinin nümayəndəsi Sutopo Purvo Nuqroho məlumat verib. Vulkan püskürərəkən kül və isti qaz kütləsini bir neçə yüz netr hündürlüyə atıb. Ölənlər və zərərçəkənlər hadisə zamanı həmin yerdən dörd kilometr aralıdakı düyü tarlalarında çalışan insanlar olub. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, vulkan “qırmızı zona” adlanan əraziyə aiddir və təhlükəsizlik məqsədilə burada hərəkət qadağan edilib. S.P.Nuqroho bildirib ki, vulkan yağışı nəticəsində doqquz nəfər zərər çəkib. Onlardan altısı həlak olub, ağır yanıqlar alan digər üçü isə ağır vəziyyətdədir. VİDEO: Anadolu Agentliyi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır