MƏDƏNİYYƏT


Mədəniyyət və Turizm Nazirliyi turistləri qəbul etməyə hazırdır

““Formula-1” Avropa Qran-prisi ərəfəsində turistlərin ölkəmizə səfərini nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi həm Azərbaycan mədəniyyəti sahəsində, həm də turizm sahəsində müxtəlif işlər həyata keçirir”. Bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov AZƏRTAC-a müsahibəsində deyib.