MƏDƏNİYYƏT


“Euronews” telekanalı “Açıqcalar” silsiləsinin ilk buraxılışını Azərbaycana həsr edib

“Euronews” telekanalı yeni yaratdığı “Açıqcalar” silsiləsinin ilk buraxılışına odlar yurdu Azərbaycandan başlayıb. Rubrika müasir Azərbaycanın simvoluna çevrilən Alov Qüllələrinə həsr olunub. “Azərbaycandan açıqca: Bakının Alov Qüllələri”. Bizim yeni silsiləmiz “Açıqcalar”, səmaya yüksələn heyranedici binaları olan Azərbaycanın paytaxtından başlayır”. “Euronews”un müxbiri Simus Kerni kanalın yeni rubrikasını məhz bu sözlərlə təqdim edir. O, Avropa tamaşaçısının diqqətinə çatdırır ki, Alov Qüllələri Bakı şəhərinin ən hündür binalarıdır. Bu 3 qüllə Bakı buxtası və İçərişəhərdən aydın görünür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır