MƏDƏNİYYƏT


“Xəmsə”nin miniatürdə tikmə üsulu ilə təsviri

Miniatür şərq xalqlarına mənsub təsviri incəsənət növlərindən biridir. Qədim tarixə malik olan bu incəsənət növü Azərbaycanda XV əsrdən daha da inkişaf etməyə başlayıb. Miniatür sənətinə bu gün də Azərbaycanda rəssamlar tərəfindən müraciət olunur. Rəssamlar ittifaqının üzvü rəssam Sahilə Rəxtari bu ənənəyə sadiq qalaraq XII əsrin görkəmli nümayəndəsi olan Nizami Gəncəvinin “Xəmsə”sini miniatür üzərində tikmə üsulu ilə təsvir edib.