DÜNYA


Türkiyə bayrağı Eyfeli bəzədi

Fransanın simvolu sayılan Paris şəhərindəki Eyfel qülləsi al-qırmızı rəngə boyandı. Məşhur tikili 15 dəqiqə ərzində Türkiyə bayrağının rəngləriylə işıqlandırılıb. Qeyd edək ki, "Tvitter" mikrobloqu turnir boyunca heşteq və emojilər üzrə statistika apararaq hər ölkənin sosial mediadakı reytinqini müəyyən edəcək. Sayt açıqlamasında Eyfel qülləsinin həmin ölkənin rənglərinə bürünəcəyini bildirib. Bu açıqlamanın ardından türkiyəli fanatlar "#TUR" və "#BizBittiDemedenBitmez" heşteqleri ilə 24 saat daxilində çoxlu tvit yazıblar. Nəticədə sutka ərzində atılan tvitlərin 40,4 faizinə sahib olan türklər ilk sırada yer alıb.