İDMAN


AVRO-2016: Fransa - Albaniya oyunu 2:0 YENİLƏNİB

Futbol üzrə XV Avropa çempionatının altıncı gününün sonuncu oyununda "A" qrupundakı Fransa və Albaniya komandaları qarşılaşıb. AZƏRTAC xəbər verir ki, Marsel şəhərindəki "Velodrom" stadionunda keçirilən görüşü şotlandiyalı referi Uilyam Kollum idarə edib. Matç 2:0 Fransa yığmasının xeyrinə başa çatıb. Bu qələbə ilə Fransa yığması iki oyundan sonra xallarının sayını 6-ya çatdıraraq səkkizdəbir finala vəsiqə qazanıb. Xalı olmayan Albaniya isə səkkizdəbir finala çıxmaq şansını demək olar ki, itirib.