ELM VƏ TƏHSİL


Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin beynəlxalq elmi konfransı keçirilib

Konfransın əvvəlində açılış nitqləri ilə çıxış edən Nizami Gəncəvi Mərkəzinin İngiltərə tərəfdən rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun və Nyu-York Universitetinin aparıcı professoru Robert Hoyland və Mərkəzin Azərbaycan tərəfdən rəhbəri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Nizami Gəncəvi Mərkəzinin artıq iki ilə yaxındır ki, fəaliyyət göstərdiyini qeyd ediblər.