İDMAN


Bakıda Formula-1 Avropa Qran-prisinin üçüncü test yürüşü başlayıb

İyunun 18-də saat 13:00-da Formula-1 Avropa Qran-prisinin üçüncü test yürüşü başlayıb. Yürüşə hər biri iki pilotdan ibarət 11 komanda qatılıb. “Mercedes” komandasının heyətində Luis Hamilton və Niko Rosberq, “Ferrari”də Sebastian Fettel ilə Kimi Raykonnen, “Uilyams”ın heyətində Felipe Massa və Valtteri Bottas yürüşə qatılıblar. “Red Bull Racing” komandasında Daniel Rikkardo və Daniil Kvayt, “Force İndia”da Niko Hulkenberq ilə Serxio Peres...