İDMAN


AVRO-2016: Kristiano Ronaldo penaltini vura bilmədi

Avropa Çempionatında günə F qrupunun ikinci oyunu ilə yekun vuruldu. AZƏRTAC xəbər verir ki, Portuqaliya yığması "Park de Prens" stadionunda Avstriya komandası ilə qarşılaşıb. Hesab açılmayıb - 0:0. Oyunun 78-ci dəqiqəsində hakim Avstriyanın qapısına penalti zərbəsi təyin etdi. Amma Kristiano Ronaldo zərbəni dəqiq yerinə yetirə bilmədi.