İDMAN


Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib

yunun 19-da Bakıda Formula-1 Avropa Qran-prisinin möhtəşəm açılış mərasimi keçirilib. Əvvəlcə Formula-1 pilotlarının öz bolidləri ilə keçidi olub. Açılış mərasimində xalqımızın mübariz ruhu və zəngin irsi bütün dünyaya nümayiş olunub. Mərasimdə bədii bacarığına görə seçilmiş könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət rol alıb.