İDMAN


AVRO-2016: İslandiya 1/4 finalda

Avropa Çempionatında 1/8 final mərhələsinin son qarşılaşmasında İngiltərə və İslandiya yığmaları üz-üzə gəliblər. İngiltərə millisisinin oyunçusu Ueyn Runi 4-cü dəqiqədə penalti zərbəsini qola çevirib. İki dəqiqə sonra Gilfi Siqurdson hesabı bərabərləşdirən qolu vurub. Qarşılaşmanın 18-ci dəqiqəsində isə Kolber Siqtorson İslandiya komandasını hesabda irəli çıxarıb -1:2.